Yuxarı

​"Accessbank"ın 2 filialı gücləndirilmiş iş rejiminə keçib

Filiallar şənbə-bazar və bayram günləri həftənin 7 günü müştərilərin xidmətində olacaq

Bakı. 14 iyun. REPORT.AZ/ "Accessbank" Bakıda keçiriləcək “Formula-1” yarışları zamanı müştərilərinə və xarici vətəndaşlara fasiləsiz və keyfiyyətli xidmət göstərmək üçün “Səbail” və “Xaqani” filiallarını müvəqqəti olaraq yeni iş rejiminə keçirib. 

Bu barədə "Report"a bankdan bildirilib.

Yeni qrafikə əsasən, bu filiallar iyunun 21-dək şənbə-bazar və bayram günləri daxil olmaqla həftənin 7 günü saat 09:00-dan 21:00-dək müştərilərin xidmətində olacaq. Müştərilərə xidmət göstərəcək filiallardan biri Bakı şəhəri Rəsul Rza küçəsi 15 ünavnında yerləşən “Səbail” filialı, digəri isə Bakı şəhəri Nizami küçəsi 100B ünvanında yerləşən “Xaqani” filialıdır.

"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1800-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi