"Accessbank" İslamiada zamanı istirahət günlərində də müştərilərin xidmətində olacaq

"Accessbank" İslamiada zamanı istirahət günlərində də müştərilərin xidmətində olacaq Bankın “Səbail” filialı gücləndirilmiş iş rejimində çalışacaq
Maliyyə
13 May , 2017 11:34
Accessbank İslamiada zamanı istirahət günlərində də müştərilərin xidmətində olacaq

Bakı. 13 may. REPORT.AZ/ IV İslam Həmrəyliyi Oyunları zamanı yerli və xarici vətəndaşların rahatlığını təmin etmək məqsədilə "Accessbank" QSC-nin “Səbail” filialı müvəqqəti olaraq yeni iş rejiminə keçib. 

"Report" Banka istinadən xəbər verir ki, yeni qrafikə əsasən, filialın kassası iş günlərindən əlavə olaraq şənbə-bazar günlərində saat 17:00-dan 20:00-dək müştərilərin xidmətində olacaq.

“Səbail” filialı Rəsul Rza küçəsi,15 ünvanında yerləşir (tel.: (012) 493 43 54).

Daha ətraflı məlumatı "Accessbank"ın rəsmi "Facebook" səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi