“AccessBank” “İlin ən yaxşı bankı” elan edilib

“AccessBank” “İlin ən yaxşı bankı” elan edilib “The Banker” 4-cü dəfə bankı bu ada layiq görüb
Maliyyə
8 Dekabr , 2016 14:21
“AccessBank” “İlin ən yaxşı bankı” elan edilib

Bakı. 8 dekabr. REPORT.AZ/ “Financial Times Ltd.” qrupuna aid və ən nüfüzlü beynəlxalq maliyyə nəşrlərdən biri olan “The Banker” ötən gün Böyük Britaniyanın paytaxtı Londonda keçirilən mərasimində “AccessBank”ı “Azərbaycanda ilin ən yaxşı bankı» nominasiyasında mükafatlandırıb. 

Bankdan “Report”a verilən məlumata görə, bununla son altı il ərzində 4-cü dəfə “Accessbank” bu ali mükafata layiq görülür.

“The Banker” kimi nüfuzlu və mötəbər təşkilatdan yüksək mükafata layiq görülməyimiz bizi çox sevindirir. Bu təltifat hazırki dəyişkən iqtisadi şəraitə rəğmən daim müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim etməyə çalışan bütün “AccessBank” komandasının öz işinə olan sadiqliyin və gərgin əməyinin göstəricisidir”, - deyə Bankın İdarə Heyətinin sədri Mixael Hofman qeyd edib.

“AccessBank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, “KfW”, “LFS Financial Systems GmbH” adlı alman konsaltinq şirkəti və “AccessHoldinq” tərəfindən yaradılıb. Bank mikro, kiçik və orta ölçülü bizneslərin maliyyələşdirilməsi ilə məşğuldur.

Azərbaycanda geniş filial şəbəkəsinə malik olan “Accessbank”da 1800-dən artıq əməkdaş çalışır. “FitchRatings” agentliyi Bankı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi