"AccessBank" daha bir sosial layihə həyata keçirib

"AccessBank" daha bir sosial layihə həyata keçirib Bank aztəminatlı ailələrə məktəb çantası və ləvazimatlar hədiyyə edib
Maliyyə
5 Sentyabr , 2017 16:56
AccessBank daha bir sosial layihə həyata keçirib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Yarandığı tarixdən etibarən 100-dən çox sosial layihə həyata keçirən "AccessBank" QSC 15 sentyabr – “Bilik Günü” ilə əlaqədar Azərbaycanın müxtəlif rayonlarında “Mənim sevimli çantam”adlı növbəti sosial layihə həyata keçirib.

"Report" bu barədə banka istinadən xəbər verir. 

Məlumata görə, layihə çərçivəsində Azərbaycanın fərqli bölgələrindən 200-ə yaxın aztəminatlı ailə seçilib, onlara məktəb çantası, eləcə də qələm, karandaş, rəngli flomaster, dəftər və s. ləvazimatlar daxil olan məktəbli dəsti hədiyyə olunub. 

"Belə təşəbbüs və aksiyalar həyata keçirməklə, "AccessBank" aztəminatlı ailələrin uşaqlarına dəstək olaraq və ölkədə təhsil səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verməyə davam edəcək", - deyə bankın açıqlamasında bildirilir.

Son xəbərlər

Orphus sistemi