​“Accessbank” daha 17 mln. dollar kredit cəlb edir

​“Accessbank” daha 17 mln. dollar kredit cəlb edir Ümumilikdə 3 il müddətində ayrılacaq kredit sənaye, kənd təsərrüfatı və xidmət sahələri ilə bağlı SME-lərin maliyyələşməsinə şərait yaradacaq
Maliyyə
12 İyul , 2016 09:57
​“Accessbank” daha 17 mln. dollar kredit cəlb edir

Bakı. 12 iyul. REPORT.AZ/ Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) “Accessbank” QSC-yə 17 mln. ABŞ dolları kredit ayırıb. “Report”un Banka istinadən verdiyi məlumata görə, kredit Kiçik və Orta Sahibkarlığın (SME) maliyyələşdirilməsi məqsədi ilə ayrılır.

BSTDB-nin açıqlamasında deyilir ki, ümumilikdə 3 il müddətində ayrılacaq kredit sənaye, kənd təsərrüfatı və xidmət sahələri ilə bağlı SME-lərin maliyyələşməsinə, həmçinin qeyri-neft sektorunun inkişafı üçün töhfə vermiş olacaq.

Qeyd edək ki, bu adıçəkilən bankın “Accessbank”a sayca 5-ci kredit dəstəyidir və bu yolla 2005-ci ildən bəri ümumilikdə 54 mln. dollar kredit ayrılıb.

Son xəbərlər

Orphus sistemi