“Accessbank” biznes krediti götürənlər üçün yeni imkanlar yaradıb

“Accessbank” biznes krediti götürənlər üçün yeni imkanlar yaradıb Bakı. 16 noyabr. REPORT.AZ/ “Accessbank” QSC bankdan biznes krediti götürən müştərilərinin ehtiyaclarını nəzərə alaraq yeni bir imkan yaradıb. İş adamları biznes krediti götürərkən ödəniş planını gəlir əldə etmə dövrünə uyğunlaşdıraraq hazırlaya biləcək.
Maliyyə
16 Noyabr , 2017 10:38
“Accessbank” biznes krediti götürənlər üçün yeni imkanlar yaradıb

Bakı. 16 noyabr. REPORT.AZ/ “Accessbank” QSC bankdan biznes krediti götürən müştərilərinin ehtiyaclarını nəzərə alaraq yeni bir imkan yaradıb. İş adamları biznes krediti götürərkən ödəniş planını gəlir əldə etmə dövrünə uyğunlaşdıraraq hazırlaya biləcək.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, mövsümi bizneslə məşğul olanlar üçün ödəniş qrafiki elə tərtib olunacaq ki, gəlir götürdüyü dövrdə çox, gəlir götürmədiy dövrdə az məbləğdə ödəniş etmə imkanı əldə edəcəklər.

"Məsələn, əgər siz təsərrüfatla məşğulsunuzsa, məhsul götürüb satış həyata keçirdiyiniz dövrdə çox, əkin işləri ilə məşğul olduğunuz dövrdə daha az ödəniş etmək imkanınız olacaq. Beləliklə siz, daha əlverişli qrafik ilə kreditləriniz üzrə ödəniş etmək imkanı qazanacaqsınız", - deyə Bankın məlumatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi