​"Accessbank"da ipoteka kreditləşməsi 69% artıb

​"Accessbank"da ipoteka kreditləşməsi 69% artıb Avtomobil kreditləşməsində isə məlum səbəblərə görə kəskin azalma müşahidə edilib
Maliyyə
7 Fevral , 2015 10:14
​Accessbankda ipoteka kreditləşməsi 69% artıb

Bakı. 7 fevral. REPORT.AZ/ "Accessbank"ın aktivləri illik 30,91% artraq cari il yanvarın 1-nə 1,055 mlrd. manata çatıb. Aktivlərinin 77,90%-ni əhatə edən kredit portfeli illik 30,83% artaraq 821,470 mln. manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, kredit portfelinin 10,57%-ni və ya 86,851 mln. manatını istehlak kreditləri əhatə edib. İstehlak kreditlərinin həcmində 19,81% artım qeydə alınıb. Avtomobil kreditləşməsində isə məlum səbəblərə görə kəskin azalma müşahidə edilib və kreditləşmə illik 48,01% azalaraq 1,597 mln. manat olub.

Kreditlərin 7,597 mln. manatının vaxtı keçib ki, bu da əvvəlki illə müqayisədə 2,79 dəfə çoxdur.

Hesabat ilində ipoteka kreditləşməsində isə əksinə artım müşahidə edilib. Hesabat ilində ipoteka kreditləşməsi 68,86% artaraq 29,442 mln. manata çatıb.

Cari il yanvarın 1-nə bankın depozit portfeli 280,636 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,72% çoxdur. Depozit portfelinin 200,220 mln. manatını müddətli, 80,417 mln. manatını tələb olunanadək depozitlər əhatə edib. Hesabat ilində bankda əhalinin əmanətlərinin həcmi 70,48% artaraq ilin sonuna 256,064 mln. manat olub.

Cari il yanvarın 1-nə bankın nizamnamə kapitalı 85 mln. manat, məcmu kapitalı 146,031 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi