Yuxarı

​"Accessbank" Azərbaycanda daha bir yenilik tətbiq edib

Bank ilk dəfə olaraq filialını 360 dərəcədə izləmək imkanı yaradıb

Bakı. 15 avqust. REPORT.AZ/ "Accessbank" QSC ölkənin kommersiya bankları arasında ilk dəfə olaraq filiallarından birini 360 dərəcədə izləmək imkanı yaradıb. "Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

"Məlum olduğu kimi, bu ilin iyun ayından "Facebook" sosial şəbəkəsi istifadəçilərə 360 dərəcəlik foto dəstək təqdim etməyə başlayıb. Eyni məntiqlə barmağı ekran üzərində gəzdirməklə 360 dərəcəlik videoya da baxmaq mümkündür. Daim muştərilərinə yeni xidmətlər təklif etməyə çalısan "Accessbank"ın "Facebook" səhifəsində (www.facebook.com/AccessBankAz/) isə sonuncu dəfə açılan "Xaqani" filialını 360 dərəcə izləmək mümkündür. Bu yenilik müştəriyə banka gəlmədən öncə filialın imkanları, əməliyyat sahələri barədə məlumat almağa imkan verir", - deyə Bankdan bildirilib.

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb, 2008-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 85 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 4,25 manat olan 20 mln. səhm əsasında formalaşıb.

Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın "KfW" inkişaf bankı, eləcə də 16,53% payla "Access Microfinance Holding AG" və 3,47% payla Almaniyanın "LFS Financial Systems GmbH." şirkətləridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi