Accessbank aktivləri 3-cü rübdə 5,4% azalıb

Accessbank aktivləri 3-cü rübdə 5,4% azalıb Bankın xalis kredit portfeli isə ilin birinci yarısı ilə müqayisədə 64 879 853 manat və ya 7,8% azalıb
Maliyyə
20 Oktyabr , 2015 13:08
Accessbank aktivləri 3-cü rübdə 5,4% azalıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ AccessBank QSC-nin 2015-ci il 9 aylıq hesabatı açıqlanıb. 

"Report" xəbər verir ki, hesabata görə, bankın aktivləri 2015-ci il 6 aylıq hesabat dövrü ilə müqayisədə 62 411 418 manat və ya 5,4% azalıb. Aktivlər,1 156 302 365 manatdan 62 411 418 manat azalma ilə 1 093 890 947 manata enib. Azalma əsasən bankın  nağd vəsaitlərində baş verib. Nağd vəsaitlər 2015-ci il 6 aylıq hesabat dövrü ilə müqayisədə 28 689 720 manat və ya 28,5% azalıb.

Bankın xalis kredit portfeli isə ilin birinci yarısı ilə müqayisədə 64 879 853 manat və ya 7,8% azalıb.

Son xəbərlər

Orphus sistemi