​"Accessbank"a dəstək gecikə bilər

​"Accessbank"a dəstək gecikə bilər "Fitch" Reytinq Agentliyi "Accessbank" QSC-nin uzunmüddətli kredit reytinqini "BBB-" təsdiq edib
Maliyyə
12 Oktyabr , 2015 18:02
​Accessbanka dəstək gecikə bilər

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Fitch" Reytinq Agentliyi "AccessBank" QSC-nin uzunmüddətli kredit reytinqini "BBB-" və dəstək reytinqini "2" səviyyəsində təsdiq edib. "Report"un məlumatına görə, agentlik "AccessBank"ın böyük ehtimalla öz beynəlxalq maliyyə təşkilatları olan səhmdarlarından dəstək alacağını bildirib. Səbəb olaraq səhmdarların inkişaf etməkdə olan bazarlarda mikromaliyyələşdirmə sahəsində təcrübələri, beynəlxalq maliyyə təşkilatlarının "AccessBank"ın birbaşa sahibi olması, səhmdarların risklərin idarə olunması prinsipinin banka inteqrasiyası və yaxın bir neçə ildə səhmdarların bankdan ayrılmasının çox az ehtimal edildiyi göstərilib.

Bununla bərabər, agentlik qeyd edib ki, "AccessBank"ın beynəlxalq maliyyə təşkilatları olan səhmdarları üçün az strateji əhəmiyyət kəsb etdiyi və lazım gələrsə, vaxtlı-vaxtında "AccessBank"a dəstək verməkdə gecikməsi ehtimal edilib. Səbəb olaraq səhmdarların strukturunun çox hissəyə bölünməsi göstərilib.

Qeyd edək ki, "AccessBank"ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, KfW, Beynəlxalq Maliyyə Korporasiyası, Qaradəniz İnkişaf Bankı (hər biri 20%), "Access Holding" (16,5%) və LFS Financial System GmbH-dir (3,47%).

Son xəbərlər

Orphus sistemi