Yuxarı
    Bağlamaq

    ​"Accessbank" "Azərbaycanın ən yaxşı bankı" seçilib

    Bank 2010-cu ildən artıq 6-cı dəfə bu mükafata layiq görülür

    Bakı. 4 avqust. REPORT.AZ/ "Accessbank" QSC-yə 2010-cu ildən bəri artıq 6-cı dəfə layiq görüldüyü "Azərbaycanın ən yaxşı bankı" mükafatı təqdim edilib. Bu barədə "Report"a Bankdan bildirilib.

    Məlumata görə, mükafat Böyük Britaniyanın paytaxtı Londonda keçirilən "2016-cı il üzrə ən yaxşı nəticələr” adlı mükafatlandırma mərasimində təqdim olunub. Bu mükafatı "Accessbank"a bütün dünyada məşhur olan "Euromoney" maliyyə nəşri yüksək səviyyəli bank xidmətləri göstərdiyinə görə verib.

    Xatırladaq ki, "Accessbank" 2002-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 85 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 4,25 manat olan 20 mln. səhm əsasında formalaşıb.

    Bankın səhmdarları hər biri 20% paya malik olmaqla Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniyanın "KfW" inkişaf bankı, eləcə də 16,53% payla "Access Microfinance Holding AG" və 3,47% payla Almaniyanın "LFS Financial Systems GmbH." şirkətləridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi