"AccessBank" 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb

"AccessBank" 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb Bakı. 29 yanvar. REPORT.AZ/ “Accessbank” QSC-nin aktivləri illik 4% artaraq 2019-cu il yanvarın 1-nə 878 688 min manat təşkil edib.
Maliyyə
29 Yanvar , 2019 18:45
AccessBank 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb

Bakı. 29 yanvar. REPORT.AZ/ “Accessbank” QSC-nin aktivləri illik 4% artaraq 2019-cu il yanvarın 1-nə 878 688 min manat təşkil edib.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə bankın kredit portfeli (ehtiyatlar çıxılmaqla) 7,7% artaraq 542 488 min manata yüksəlib. 2019-cu il yanvarın 1-nə bankın cəmi öhdəlikləri 822 119 min manat təşkil edib ki, bu da illik müqayisədə 6% artımı əks etdirir. O cümlədən bu müddətdə depozit portfeli 25% artaraq 501 138 min manata çatıb. 2019-cu il yanvarın 1-nə bankın cəmi aktivləri 56 569 min manat, nizamnamə kapitalı 140 258 min manat təşkil edib.

Bank 2018-ci il ərzində 11 579 min manat zərər edib ki, bu da 2017-ci illə müqayisədə zərərin 4,9 dəfə azalmasını göstərir. 2018-ci ildə bankın faiz gəliri 88 071 min manat, faiz xərcləri 51 782 min manat, qeyri-faiz gəlirləri (-8974) min manat, qeyri-faiz xərcləri 60 309 min manat olub. 

Son xəbərlər

Orphus sistemi