"Access Bank" xaricdən iri kredit cəlb edib

"Access Bank" xaricdən iri kredit cəlb edib EFSE "Access Bank"a 20 mln. dollarlıq kredit ayırıb
Maliyyə
5 Fevral , 2015 13:33
Access Bank xaricdən iri kredit cəlb edib

Bakı. 05 fevral. REPORT.AZ/ Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) "Access Bank" ASC-yə 20 mln. ABŞ dolları həcmində kredit ayırıb.

"Report"un Bankın Bakıdakı baş ofisinə istinadən verdiyi xəbərə görə, birinci növbəli olan bu kredit Azərbaycanın kənd ərazilərində mikro və kiçik müəssisələrin maliyyələşdirilməsində "Access Bank"a dəstək olacaq. "Access Bank" yeni kredit vasitəsilə ilə 6 mindən artıq əlavə mikrokredit verəcək. Bu, həmçinin kiçik və orta sahibkarların maliyyə tələbatının yerinə yetirilməsi üçün Bank tərəfindən uzunmüddətli investisiya kreditlərinin verilməsinə şərait yaradacaq.

Qeyd edək ki, "Access Bank" 2011-ci ildən EFSE-nin tərəfdaş kredit təşkilatıdır.

EFSE Almaniya İqtisadi Əməkdaşlıq üzrə Federal Nazirliyinin (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə KfW Bankı tərəfindən yaradılıb. Fondun məqsədi Cənub-Şərqi Avropa və Cənubi Qafqaz regionu ölkələrində iqtisadi inkişafa və tərəqqiyə təkan verməkdən ibarətdir. Fond tərəfdaş olan kredit təşkilatlarının əməliyyat imkanlarını artırmaq və peşəkar idarəçiliyi təmin etmək məqsədilə, bu yolla onlara texniki yardım göstərir və, eyni zamanda, məsləhətçilik və treninq xidmətləri ilə də təmin edir.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." adlı alman konsaltinq şirkəti və "Access Holding" tərəfindən yaradılıb. "Access Bank" mikro, kiçik və orta bisnesin maliyyələşdirilməsi ilə məşğuldur. 

Son xəbərlər

Orphus sistemi