Yuxarı
    Bağlamaq

    "Access Bank" ixtisarla bağlı məlumatları təkzib edir

    Bankın filiallarının işçiləri isə gözlənilən ixtisarlarla bağlı onlara xəbərdarlıq edildiyini bildirirlər

    Bakı. 31 mart. REPORT.AZ/ "Access Bank" ASC işçilərin ixtisarı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Bankdan "Report"a bildirilib ki, işçilərin ixtisar edilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

    "Bankda heç bir kütləvi ixtisar həyata keçirilməyib və gözlənilmir. Bizdə vakansiyalarımız da olduğu kimidir, işçi qəbulu da həyata keçirilir. Əksinə, azalma əvəzinə işçilərin sayı artır. Son zamanlar manatın ucuzlaşaması ilə bir sıra şirkətlərdə baş verən ixtisarların bizə heç bir aiddiyyəti yoxdur", - deyə Bankdan qeyd olunub.

    Bildirək ki, bir neçə filiallarda çalışan işçilər tərəfindən "Report"a verilən məlumata əsasən, "Access Bank" rəhbərliyi tərəfindən əməkdaşlara ixtisarlara hazır olmaları ilə bağlı xəbərdarlıq edilib.

    Qeyd edək ki, 2014-cü il ərzində "Access Bank"da çalışan işçilərin sayı 17,5% artaraq 2015-ci il yanvarın 1-nə 2 184 nəfər təşkil edib. Hazırda bankın 341 mindən artıq müştərisi var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi