Yuxarı

“Access Bank”ın rəhbərliyinə yeni təyinatlar olub

​“Access Bank”ın rəhbərliyinə yeni təyinatlar olub

“Access Bank” QSC-də yeni yaradılmış baş direktor vəzifələrinə təyinat olub.

“Report” Banka istinadən xəbər verir ki, bu vəzifələr Elşən PirmalıyevNatia Beriaya həvalə edilib.

E.Pirmalıyev indiyə qədər “Access Bank”ın biznes və pərakəndə müştərilər üzrə icraçı direktoru, N.Beria isə Almaniyanın “Inspiring Development GmbH” şirkətinin əməkdaşı olub.

Bundan başqa, Vaqif Babayev kiçik və orta biznes müştəriləri, Günay Cəlilova korporativ bankçılıq və marketinq, Fəridə Pirverdiyeva maliyyə və beynəlxalq əlaqələr, Səbuhi Süleymanlı isə maliyyə restrukturizasiyası və kreditlərin bərpası üzrə icraçı direktor təyin ediliblər. İndiyə qədər V.Babayev və S.Süleymanlı eyniadlı departamentlərin direktoru vəzifələrində çalışıblar.

Yeni vəzifədə Günay Cəlilova Korporativ bankçılıq və Marketinq departamentlərini, həmçinin Müştərilərlə əlaqə mərkəzini kurasiya edəcək. F.Pirverdiyevanın nəzarətində isə beynəlxalq əlaqələr, maliyyə hesabatlılığı və xəzinədarlıq kimi istiqamətlər olacaq.

Beləliklə, risk idarəçiliyi və tədqiqatlar istiqamətini kurasiya edən Nizami Qədirov və maliyyə nəzarəti bloku üzrə məsul olan Elşən Hacıyevlə birlikdə bankdakı icraçı direktorların sayı 6-ya çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi