“Access Bank”ın rəhbərliyi yenidən formalaşdırılacaq

“Access Bank”ın rəhbərliyi yenidən formalaşdırılacaq “Access Bank” QSC yalnız əlavə kapital hesabına deyil, o cümlədən Avropa İttifaqının, İsveçrənin, Avstriyanın, Niderlandın və Asiya İnkişaf Bankının üzvü olan bütün ölkələrin maraqlarını təmsil edən yeni səhmdarların peyda olunması ilə güclənir.
Maliyyə
14 Mart , 2019 10:51
“Access Bank”ın rəhbərliyi yenidən formalaşdırılacaq

“Access Bank” QSC yalnız əlavə kapital hesabına deyil, o cümlədən Avropa İttifaqının, İsveçrənin, Avstriyanın, Niderlandın və Asiya İnkişaf Bankının üzvü olan bütün ölkələrin maraqlarını təmsil edən yeni səhmdarların peyda olunması ilə güclənir.

“Report” xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

Onun sözlərinə görə, 118,5 milyon manat “Access Bank”ın nizamnamə kapitalının artırılmasına yönəldildikdən sonra bankın səhmdar kapitalı 258 milyon manata çatdırılıb: “Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapital 22 milyon manat artırılacaq. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 milyon manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq”.

İnvestorlarla danışıq prosesində 4 illik strateji inkişaf planının hazırlandığını bildirən sədr bildirib ki, plana əsasən, “AccessBank” kredit portfelini aktiv şəkildə böyütməyi, o cümlədən gəlirlilik səviyyəsini daha da artırmağı planlaşdırır: "Sözsüz ki, bankın əsas missiyaları sırasına mikro, kiçik və orta sahibkarlığın partnyoru olaraq qalmaq, o cümlədən bu sahələrin inkişafında aktiv iştirak etmək də daxildir. Bu baxımdan kapitallaşma prosesi bankı zəruri resurslarla təmin edəcək ki, bunun hesabına “AccessBank” müştərilərinin artan maliyyə ehtiyaclarını tam şəkildə qarşılaya biləcək".

Bununla yanaşı, A.Həsənov qeyd edib ki, “Access Bank”ın yeni Müşahidə Şurası yeni səhmdarların təmsilçilərindən ibarət heyətdən formalaşacaq və bu barədə yaxın zamanda ətraflı məlumat veriləcək.

Avropa Yenidənqurma və İnkişaf Bankının, Almaniyanın KfW bankının və “Access Microfinance Holding AG”nin səhmlərinin “LFS Advisory GmbH” tərəfindən alındığını bildirən sədr həmin maliyyə təşkilatlarına 15 il ərzində banka göstərdiyi dəyərli dəstəyə görə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi