"Access Bank" ilk rübü zərərlə başa vurub

"Access Bank" ilk rübü zərərlə başa vurub ​"Access Bank" bu il valyuta əməliyyatlarından 5,1 mln. manat zərərə düşüb
Maliyyə
30 Aprel , 2015 17:27
Access Bank ilk rübü zərərlə başa vurub

Bakı. 29 aprel. REPORT.AZ/ "Access Bank" QSC bu ilin birinci rübünü 2,2 mln. manat (vergilər ödənilədək) zərərlə başa vurub. Vergi ödənildikdən sonra isə zərər 2,4 mln. manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, I rübdə bankın faiz gəlirləri 46,3 mln. manat, xərcləri 14,7 mln. manat olub. Nəticədə bankın faiz mənfəəti 31,7 mln. manata çatıb.

Bu müddətdə qeyri-faiz zərəri 1,3 mln. manat, qeyri-faiz xərcləri 21,7 mln. manat təşkil edib. Birinci rübdə bank məzənnə dəyişməsi də daxil olmaqla, valyuta əməliyyatlarından 5,1 mln. manat zərər edib.

Qeyd edək ki, ötən ilin birinci rübü ərzində "Access Bank"ın mənfəəti 16,4 mln. manat təşkil edib. Həmin müddətdə bankın faiz gəlirləri 36,1 mln. manat, xərcləri 11,3 mln. manat olmaqla xalis faiz mənfəəti 24,8 mln. manat olub. Qeyri-faiz gəlirləri 3,7 mln. manat, xərcləri 16,7 mln. manat olmaqla, qeyri-faiz zərəri 13,0 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi