"​Access Bank" bazara yeni kartı məhsulu çıxarıb

"​Access Bank" bazara yeni kartı məhsulu çıxarıb Bank yeni xüsusi kampaniyaya start verib
Maliyyə
7 İyun , 2016 11:11
​Access Bank bazara yeni kartı məhsulu çıxarıb

Bakı. 7 iyun. REPORT.AZ/ "Access Bank" QSC "Myсard" brendi altında yeni çoxfunksiyalı kartı istifadəyə verib. Artıq "Mycard"ı istifadə etməklə müştərilər bir çox kart funksiyalarını özündə cəmləşdirən bir məhsuldan yararlana bilərlər. "Mycard"ı daha cəlbedici edən xüsusi üstünlük odur ki, müştərilər kart hesablarında olan müsbət qalığa illik 5% gəlir əldə edə bilərlər. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, eyni zamanda, Bank yeni xüsusi kampaniyaya start verib. Kampaniya müddətində "Myсard"ı istifadə edən bütün müştərilər "Access Bank"ın bankomatları və POS-terminallarında 0% komissiya ilə pul nağdlaşdıra bilərlər. Bankın bütün yeni və cari müştəriləri "Mycard" kartını, məhdudiyyətsiz olaraq, Bankın filiallarından əldə edə bilərlər.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." adlı alman konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. "Access Bank" mikro, kiçik və orta ölçülü bisnesin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1 800-dən artıq əməkdaş çalışır.

Son xəbərlər

Orphus sistemi