"Accesbank" depozit portfelini artırıb

"Accesbank" depozit portfelini artırıb Bakı. 24 fevral. REPORT.AZ/ "Accessbank" QSC-nin aktivləri ötən il ərzində 10,9% azalaraq 2017-ci il yanvarın 1-nə 1 058,872 mln. manat t...
Maliyyə
24 Fevral , 2017 12:26
Accesbank depozit portfelini artırıb

Bakı. 24 fevral. REPORT.AZ/ "Accessbank" QSC-nin aktivləri ötən il ərzində 10,9% azalaraq 2017-ci il yanvarın 1-nə 1 058,872 mln. manat təşkil edib.

"Report" bu barədə Bankın 2016-cı ilin maliyyə hesabatına istinadən xəbər verir.

Xalis kredit və lizinqlərin həcmi illik 33,3% azalaraq 598,794 mln. manat olub.

Depozitlər 1,8% artaraq 284,847 mln. manata çatıb. AMB-nin banka qarşı tələbləri 20 mln. manatdan 30 mln. manata yüksəlib. Yəni öhdəliklərdə 50% artım qeydə alınıb.

"Accessbank" 2016-ci ildə 33,67 mln. manat həcmində xalis əməliyyat mənfəəti əldə edib. Bankın ötən il ərzində gəlirləri 172,118 mln. manat, xərcləri 138,448 mln. manat, o cümlədən faiz gəlirləri 135,512 mln. manat, faiz xərcləri 65,684 mln. manat, qeyri-faiz gəlirləri 36,605 mln. manat, qeyri-faiz xərcləri 72,764 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi