ABŞ vergi islahatlarına dair qanun layihəsini açıqlayıb

ABŞ vergi islahatlarına dair qanun layihəsini açıqlayıb Yeni qanun orta sinif əhalini dəstəkləyəcək
Maliyyə
3 Noyabr , 2017 12:05
ABŞ vergi islahatlarına dair qanun layihəsini açıqlayıb

Bakı. 3 noyabr. REPORT.AZ/ ABŞ-da iqtidarda olan Republikaçılar Partiyası uzun zamandır gözlənilən vergi islahatları ilə bağlı qanun layihəsini ictimaiyyətə təqdim edib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, "Vergi endirimləri və məşğulluq" adlanan bu qanun layihəsi ABŞ-da vergi qanunlarının 30 ildən sonra ilk dəfə dəyişdirilməsinə gətirib çıxaracaq.

Gözlənildiyi kimi, yeni qanunla vergi dərəcələrinin bir dəfədə və sabit olaraq 35%-dən 20%-ə endirilməsi hədəflənib. Konqresdən rahatlıqla keçə bilməsi üçün layihədə 39,6% olan ən yüksək vergi dərəcəsi saxlanılıb. Bu vergi dərəcəsi illik gəliri 500 min dollar, evlilər üçün isə 1 mln. dollardan çox olan vergi ödəyicilərinə aid ediləcək. 12%-lik vergi dərəcəsi isə illik gəliri 45 000 dollar (evlilərə 90 000), 25%-lik dərəcə 45 001-200 000 dollar olanlara (evlilərə 260 000 dollar), 200 000-500 000 dollar illik gəliri olanlara isə (evlilər üçün 1 mln. dollar) 35%-lik şamil olunacaq.

Nümayəndələr Palatasının sədri Pol Rayan (Paul Ryan) bildirib ki, yeni vergi islahatlarının ən böyük hədəfi orta sinif insanlara dəstək olmaqdır: "Vergi endirimləri və məşğulluq" qanunu 4 nəfərdən ibarət ailənin ildə 1 182 dollar qənaət etməsinə gətirib çıxaracaq. Bir çox ailə üçün bu, önəmli kömək mənası daşıyacaq".

Son xəbərlər

Orphus sistemi