ABŞ və Vyetnam 12 mlrd. dollar məbləğində ticarət sazişi imzalayıb

ABŞ və Vyetnam 12 mlrd. dollar məbləğində ticarət sazişi imzalayıb Bu, Donald Trampın Vyetnama rəsmi səfəri çərçivəsində baş tutub
Maliyyə
12 Noyabr , 2017 20:33
ABŞ və Vyetnam 12 mlrd. dollar məbləğində ticarət sazişi imzalayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ ABŞ və Vyetnam şirkətləri Amerika prezidenti Donald Trampın 11-12 noyabr tarixlərində respublikaya rəsmi səfəri zamanı 12 mlrd. dollar məbləğində ticarət sazişi imzalayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə iki ölkənin bazar günü yayılan birgə bəyanatında bildirilir.

Ölkə liderləri ABŞ maye qazının Vyetnama tədarükünün müzakirəsi də daxil olmaqla energetika sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd ediblər. Bundan əlavə, Birləşmiş Ştatlar günəş enerjisinin inkişaf etdirilməsində Vyetnama köməklik göstərməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi