ABŞ və Çin ticarət ziddiyyətlərinin aradan qaldırılması üzrə danışıqlara başlayıb

ABŞ və Çin ticarət ziddiyyətlərinin aradan qaldırılması üzrə danışıqlara başlayıb Konstruktiv dialoqun baş tutacağı gözlənilir.
Maliyyə
7 Yanvar , 2019 10:33
ABŞ və Çin ticarət ziddiyyətlərinin aradan qaldırılması üzrə danışıqlara başlayıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Çin və ABŞ rəsmiləri Pekində ticarət və iqtisadiyyat sahəsində ikitərəfli ziddiyyətlərin aradan qaldırılması üzrə rəsmi danışıqlara başlayıblar.

“Report” xəbər verir ki, bu barədə Pekində işıq üzü görən “Beytszin tsinnyanbao” qəzeti məlumat verib.

Qəzetin məlumatına görə, ABŞ nümayəndələrini daşıyan 10-dan çox avtomobildən ibarət kortej Pekinin mərkəzində yerləşən Çin Ticarət Nazirliyinin ərazisinə daxil olub. İkigünlük məsləhətləşmələr yerli vaxtla, təxminən, 09:00-da (Bakı vaxtı ilə 05:00) başlayıb.

Bu danışıqların gedişində daha əvvəl yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsində irəliləyişə nail olmağa imkan verəcək konstruktiv dialoqun baş tutacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi