Yuxarı
    Bağlamaq

    ABŞ və Çin investorları Astanada açılan yeni birjaya ciddi maraq göstərirlər

    Birja regionda maliyyə xabı rolu oynayacaq

    Bakı. 29 may. REPORT.AZ/ ABŞ-ın "NASDAQ" elektron birjası və Çinin Şanxay Fond Birjası "Astana" beynəlxalq maliyyə mərkəzində yaradılan qiymətli kağızlarla ticarət meydançasından səhm almaq üçün danışıqlar aparır. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Financial Times" qəzeti yazıb.

    Qəzetin məlumatına görə, tərəflər arasında danışıqlar bir neçə aydır davam edir və iyun ayında yekunlaşmalıdır. Təşkilatda pay almaqla yanaşı xarici investorlar "Astana" beynəlxalq birjası ilə texnologiya, nou-hau və informasiya xidmətləri təcrübəsini bölüşmək istəyirlər. "Astana" birjası amerikalı və çinli təşkilatların layihəyə cəlb edilməsini bu ölkələrdən investorların sayının artmasına və inamın yüksəlməsinə gətirib çıxaracağını bildirib.

    "Financial Times"a konfidensial açıqlama verən danışıqlardakı tərəflərdən biri bildirib ki, "beynəlxalq tərəfdaşlar layihəyə şübhəsi olan hər kəsi inandırmalıdır. Hazırlıq müddəti bizi sıxır, bu ilin IV rübündə əməliyyatlara başlamaq istəyirik".

    Qeyd edək ki, "Astana" beynəlxalq maliyyə mərkəzi Orta Asiya, Cənubi Qafqaz, Avasiya İqtisadi Əməkdalıq İttifaqı, Yaxın Şərq ölkələri, Qərbi Çin və Monqolustan üçün maliyyə xabı rolunu oynayacaq. Maliyyə mərkəzinin əsas vəzifəsi kapital bazarlarını inkişaf etdirmək olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi