Yuxarı

ABŞ və Çin arasında ticarət danışıqlarının növbəti mərhələsi başa çatıb

Bakı. 15 fevral. REPORT.AZ/ Çin və ABŞ nümayəndələri ikigünlük ticarət məsləhətləşmələrinin növbəti mərhələsini başa vurublar.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat verib.

Məlumata görə, iki ölkə arasında mövcud olan fikir ayrılıqları nəzərə alınmaqla, bu il martın 1-də bitəcək ticarət mübahisəsinin həlli müddəti uzadıla bilər.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın Çin idxalına yüksək rüsumların tətbiqini 60 gün müddətinə təxirə salmaq ehtimalını nəzərdən keçirdiyi bildirilib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi