ABŞ valyuta ilə manipulyasiya edən ticarət tərəfdaşlarını cəzalandıracaq

ABŞ valyuta ilə manipulyasiya edən ticarət tərəfdaşlarını cəzalandıracaq ABŞ dollara nisbətdə milli valyutanın dəyərini qəsdən aşağı düşürən ölkələrə qarşı əlavə rüsumlar tətbiq etməyə başlaya bilər.
Maliyyə
24 May , 2019 09:57
ABŞ valyuta ilə manipulyasiya edən ticarət tərəfdaşlarını cəzalandıracaq

ABŞ dollara nisbətdə milli valyutanın dəyərini qəsdən aşağı düşürən ölkələrə qarşı əlavə rüsumlar tətbiq etməyə başlaya bilər.

"Report" CNBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət naziri Uilbur Ross bildirib.

ABŞ hökuməti belə tədbirin xarici tərəfdaşlara ABŞ-ın xoşməramlı olmayan ticarətlə vurulan iqtisadi ziyanı bərpa etmək üçün yol tapa biləcəyini nümayiş etdirməyə imkan verəcəyini hesab edir.

"Xarici dövlətlər artıq pul siyasəti ilı amerikalı işçilərə və müəssisələrə zərər vura bilməyəcəklər", - U.Ross deyib.

Nazirlikdən həmçinin əlavə ediblər ki, milli valyutanın məzənnəsi ilə manipulyasiya edən ölkələrin müəyyənləşdirilməsi üzrə meyarlar hazırlayacaqlar.

Son xəbərlər

Orphus sistemi