ABŞ uçot dərəcəsinə nəzarəti itirə bilər

ABŞ uçot dərəcəsinə nəzarəti itirə bilər Federal Ehtiyat Sisteminin səlahiyyətlərinə məhdudiyyət qoyula bilər
Maliyyə
19 Noyabr , 2015 19:20
ABŞ uçot dərəcəsinə nəzarəti itirə bilər

Bakı. 19 noyabr. REPORT.AZ/ ABŞ-ın Nümayəndələr Palatası Federal Ehtiyat Sisteminin (FES) səlahiyyətlərinə məhdudiyyət qoyulması üçün qanun layihəsi (FED Oversight Reform and Modernization ACT-FORM) hazırlayıb. Bu həftə səsə qoyulacaq sənədin qəbul edilməsi FES-in fəaliyyətinə ciddi təsir edəcək.

"Report"un verdiyi xəbərə görə, FES sədri Сanet Yellen Nümayəndələr Palatasına yazdığı məktubda qanunun qəbul ediləcəyi təqdirdə FES-in müstəqilliyini itirəcəyini bildirib. 

Qeyd edək ki, yeni qanun layihəsi bir sıra ciddi dəyişiklikləri nəzərdə tutur. Belə ki, uçot dərəcəsinin səsvermə ilə deyil, riyazi hesablamalar əsasında dəyişdirilməsi təklif olunur. Bunun şəffaflığın təmin olunması üçün edildiyi bildirilir. 

"Report"un analitik qrupu bildirir ki, bu qanun qüvvəyə minərsə, FES-in uçot dərəcəsini artırması daha qısa müddətdə və sərt ola bilər. Çünki bu günə qədər FES dünya maliyyə bazarındakı cari vəziyyəti nəzərə alaraq, uçot dərəcəsini artırmağı dəfələrlə ertələyib.

Son xəbərlər

Orphus sistemi