ABŞ səfirliyinin əməkdaşı "UNEC Business Conversation Club" layihəsinin qonağı olub

ABŞ səfirliyinin əməkdaşı "UNEC Business Conversation Club" layihəsinin qonağı olub Bakı. 16 noyabr. REPORT.AZ/ AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı UNEC Business Conversation Club layihəsinin növbəti sessiyası bankın Təlim mərkəzində keçirilib.
Maliyyə
16 Noyabr , 2018 18:00
ABŞ səfirliyinin əməkdaşı UNEC Business Conversation Club layihəsinin qonağı olub

Bakı. 16 noyabr. REPORT.AZ/ AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı "UNEC Business Conversation Club" layihəsinin növbəti sessiyası bankın Təlim mərkəzində keçirilib. 

İngilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihənin budəfəki qonağı ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr bölməsinin rəhbəri Mişel Petersen (Michele Petersen) olub.

Qonaq tələbələr qarşısında təqdimatla çıxış edib. O, gənclər, xüsusilə də tələbələr üçün nəzərdə tutulmuş və səfirliyin təşkil etdiyi təhsil və təcrübə proqramlarından danışıb. İnteraktiv şəkildə keçən təqdimat tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Diplomat tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb.

Xanım Petersen "UNEC Business Conversation Club" layihəsini yüksək dəyərləndirib: "Layihə iştirakçısı olan tələbələrin bilik səviyyəsi, xüsusilə ingilis dilinə yiyələnmələri məni çox sevindirdi. Onların parlaq gələcəyinə inanıram! Bu gözəl təşəbbüsə görə, AccessBank-a təşəkkür etmək istərdim".

Qeyd edək ki, əldə olunan razılaşmaya əsasən, səfirliyin digər departamentlərinin nümayəndələri də layihənin növbəti sessiyalarında iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi