ABŞ Rusiya şirkətlərinə qarşı sanksiyaları sərtləşdirib

ABŞ Rusiya şirkətlərinə qarşı sanksiyaları sərtləşdirib Fevrala qədər Rusiya dövlət istiqrazlarına da sanksiyaların tətbiq ediləcəyi gözlənilir
Maliyyə
29 Noyabr , 2017 13:13
ABŞ Rusiya şirkətlərinə qarşı sanksiyaları sərtləşdirib

Bakı. 29 noyabr. REPORT.AZ/ Dünən, sanksiya tətbiq edilən Rusiya şirkətlərinin borc bazarına çıxma şərtləri bir qədər də sərtləşdirilib. 

"Report" xəbər verir ki, bu məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, sanskiya siyahısında olan bankların xarici bazarlardan maliyyələşmə müddəti 30 gündən 14 günə endirilib. Həmçinin, sanksiya tətbiq edilən neft-qaz şirkətləri üçün xarici borcun müddəti 90 gündən 60 günə qədər azaldılıb.

ABŞ Maliyyə Nazirliyi qeyd edir ki, yeni qaydalar noyabrın 28-dən etibarən alınan borclara şamil edilir.

"Reuters" agentliyi bildirir ki, sanskiyaların sərtləşdirilməsini şərh edən Rusiya Bankının (Mərkəzi Bank) sədr müavini Kseniya Yudayevanın fikrincə, ABŞ sanksiyalarının Rusiyanın dövlət borcuna təsiri qısamüddətli olacaq.

K.Yudayeva həmçinin, 2018-ci ilin fevral ayına qədər ABŞ Maliyyə Nazirliyinin Rusiya dövlət istiqrazlarına investisiyalara məhdudiyyətlərin tətbiq ediləcəyi barədə qərarın qısamüddətli perspektivdə maliyyə bazarında volatillik yarada biləcəyini bildirsə də, müəyyən müddətdən sonra bazarların sakitləşəcəyini xatırladıb. Lakin bazar iştirakçıları Yudayevanın nikbinliyi ilə razılaşmır. Onlar Rusiya dövlət istiqrazlarına məhdudiyyətlərin maliyyə bazarları üçün daha ağır nəticə verəcəyini bildirirlər.

Son xəbərlər

Orphus sistemi