ABŞ prezidenti Dünya Bankını Çinə borc verməməyə çağırıb

ABŞ prezidenti Dünya Bankını Çinə borc verməməyə çağırıb ABŞ prezidenti Donald Tramp Dünya Bankını Çinə borc pul verməməyə çağırıb.
Maliyyə
7 Dekabr , 2019 11:55
ABŞ prezidenti Dünya Bankını Çinə borc verməməyə çağırıb

ABŞ prezidenti Donald Tramp Dünya Bankını Çinə borc pul verməməyə çağırıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının çağırışı Dünya Bankının Şərqi Asiya ölkəsinə növbəti kredit ayırmasından bir gün sonraya təsadüf edib. 

“Dünya Bankı Çinə niyə borc verir? Bu, necə mümkün olur? Çinin çoxlu pulu var. Ona pul verməyi dayandırın”, - deyə Donald Tramp sosial şəbəkədəki səhifəsində yazıb.

Qeyd edək ki, Dünya Bankı Çinə 2025-ci ilin iyun ayına qədər aşağı faizlə illik 1-1,5 milyard dollar kredit verəcək.

Son xəbərlər

Orphus sistemi