ABŞ polad və alüminium idxalına gömrük rüsumu tətbiq edəcək

ABŞ polad və alüminium idxalına gömrük rüsumu tətbiq edəcək Bakı. 2 mart. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, polad və alüminium idxalına gömrük rüsumu tətbiq ediləcək.
Maliyyə
2 Mart , 2018 10:05
ABŞ polad və alüminium idxalına gömrük rüsumu tətbiq edəcək

Bakı. 2 mart. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, polad və alüminium idxalına gömrük rüsumu tətbiq ediləcək.

"Report" "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, gömrük dərəcələri polad üçün 25%, alüminium üçün isə 10% olacaq. 

"Bu qərar uzun müddət qüvvədə olacaq",- D.Tramp bildirib. Prezident həmçinin qərarın növbəti həftədən qüvvəyə minəcəyini qeyd edib.

"Polad və alüminium sənayemiz, həmçinin digər sektorlar on illərlə məhv edilib. Buna səbəb, ədalətsiz ticarət şərtləri və düşünülməmiş ticarət anlaşmaları olub", - Prezident "Twittter" sosial şəbəkəsindəki profilində bildirib.

ABŞ qərarı, xarici ticarət kəsirini azaltmaq istəyi ilə izah olunur. "Report"un analitik qrupu bildirir ki, ABŞ-ın başladığı proteksionist ticari siyasət digər ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcək. Bu ölkələrin adekvat addım atması qlobal ticarətin həcmini azalda, ümumiyyətlə, qlobal iqtisadi artımı zəiflədə bilər. 

Son xəbərlər

Orphus sistemi