ABŞ kriptovalyuta birjalarının fond birjaları kimi fəaliyyət göstərməsini istəyir

ABŞ kriptovalyuta birjalarının fond birjaları kimi fəaliyyət göstərməsini istəyir Bakı. 27 mart. REPORT.AZ/ Kriptovalyuta birjaları fond birjaları kimi fəaliyyət göstərsələr, daha yaxşı olar.
Maliyyə
27 Mart , 2018 15:08
ABŞ kriptovalyuta birjalarının fond birjaları kimi fəaliyyət göstərməsini istəyir

Bakı. 27 mart. REPORT.AZ/ "Kriptovalyuta birjaları fond birjaları kimi fəaliyyət göstərsələr, daha yaxşı olar". 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Qiymətli Kağızlar və Fond Birjaları Komissiyası (SEC) bəyan edib. 

Qurum hesab edir ki, kriptovalyuta birjalarına nəzarət hələ də zəifdir. SEC-in baş iqtisadçısı Bret Redfarnın (Brett Redfearn) "VentureBeat" texnologiya saytına verdiyi müsahibədə bildirib ki, hazırda kriptovalyuta birjaları "Vəhşi Qərb"i xatırladır. 

SEC-in yaydığı açıqlamada həmçinin qeyd edilir ki, təşkilat kriptovalyuta birjalarındakı mümkün manipulyasiya hallarından, kibertəhlükəsizlik məsələlərindən, saxtakarlıqlardan, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşməsi ehtimallarından narahatdır. SEC həmçinin kriptovalyutaların ilkin yerləşdirilməsindən (ICO) və token satışlarından da narahatlıq keçirir. Qurum kriptovalyutaların qiymətli kağızlar kimi sinifləndirilməsini, lakin onlarla bağlı ənənəvi qiymətli kağızlara dair normativlərə riayət etməməsindən narahat olduğunu da xatırladıb.

Komissiyanın fikrincə, bazarın tənzimlənməsi institutsional investorların daha inamla investisiya qoymalarına səbəb olacaq. 

"Report"un analitik qrupu bildirir ki, bu açıqlamalar kriptovalyuta bazarında satışların artmasına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi