Yuxarı
    Bağlamaq

    ABŞ iqtisadiyyatında artım proqnozları üstələyib

    Dollar möhkəmlənməyə başlayıb© courtesy image

    Bakı. 30 mart. REPORT.AZ/ ABŞ-da 2016-cı ilin son rübündə iqtisadi artım tempi 2,1% təşkil edib. 

    "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, analitiklər artımın 2% olacağını ehtimal edirdilər. 

    Bununla yanaşı, son rübdə istehlakçıların real xərcləri 3,5% artıb. Analitiklər bu göstəricinin 3% artacağını proqnozlaşdırırdılar. 

    ABŞ şirkətlərinin mənfəət göstəricisi isə 2012-ci ildən bu günədək illik müqayisədə ən böyük yüksəlişi göstərib və 9,3% artıb. Göstəricinin açıqlanması dolların məzənnəsinin möhkəmlənməsinə səbəb olub. Əsas valyuta cütlüyü - avro/dolların məzənnəsi 0,35% azalaraq 1,0728 USD/EUR-a düşüb və dolların daha da möhkəmlənəcəyi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi