ABŞ-ın maliyyə holdinqi Qazaxıstanın 22 mlrd. dollarını dondurub

ABŞ-ın maliyyə holdinqi Qazaxıstanın 22 mlrd. dollarını dondurub Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ-ın Bank of New York Mellon (BNY Mellon) maliyyə holdinqi Qazaxıstan Milli Fondunun 22 mlrd. ABŞ dolları həcmində vəsaitini dondurub. Report Reuters agentliyinə istinadən xəbər verir ki, buna səbəb bir sıra məhkəmə çəkişmələri olub.
Maliyyə
21 Dekabr , 2017 14:06
ABŞ-ın maliyyə holdinqi Qazaxıstanın 22 mlrd. dollarını dondurub

Bakı. 21 dekabr. REPORT.AZ/ ABŞ-ın "Bank of New York Mellon" (BNY Mellon) maliyyə holdinqi Qazaxıstan Milli Fondunun 22 mlrd. ABŞ dolları həcmində vəsaitini dondurub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna səbəb bir sıra məhkəmə çəkişmələri olub.

Agentliyə verilən məlumatda bildirilir ki, Qazaxıstan Milli Fondunun aktivləri moldaviyalı biznesmen Anatoliy Stati və onun şirkətlərinin Qazaxıstan hökumətinə qarşı iddiası əsasında dondurulub. Öz növbəsində Qazaxıstan Mərkəzi Bankı "BNY Mellon"a qarşı iddia irəli sürüb. İddiaya bu gün London məhkəməsində baxılması gözlənilir.

Agentlik bildirib ki, Qazaxıstan Mərkəzi Bankı, Ədliyyə Nazirliyi məsələyə şərh verməyib.

Son xəbərlər

Orphus sistemi