ABŞ-ın keçmiş maliyyə naziri: Ölkəni daha dərin böhran gözləyir

ABŞ-ın keçmiş maliyyə naziri: Ölkəni daha dərin böhran gözləyir ABŞ hazırda ən uzun fasiləsiz iqtisadi artım dövrünü yaşayır
Maliyyə
1 Mart , 2018 16:11
ABŞ-ın keçmiş maliyyə naziri: Ölkəni daha dərin böhran gözləyir

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-da növbəti resessiya 2008-2009-cu illərdəki iqtisadi böhrandan daha uzun və ağır ola bilər. 

"Report" xəbər verir ki, bunu "Bloomberg" agentliyinə ABŞ-ın keçmiş maliyyə naziri Lourens Sammers (Lawrence Summers) deyib. 

O, durğunluğun yaxın bir neçə ildə baş verəcəyini bildirib.

L.Sammers vergi dərəcələrinin azaldılması fonunda büdcə kəsirinin artmasını böhranın əsas səbəbi kimi önə çəkib. Keçmiş nazir həmçinin deyib ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) resessiya dövründə olduğu kimi, uçot dərəcəsini 5 faiz bəndi azaltmaq imkanı yoxdur: "Çünki uçot dərəcəsi onsuz da aşağı səviyyədədir". 

Xatırladaq ki, ABŞ-da sonuncu resessiya 2007-ci ilin dekabr ayı ilə 2009-cu ilin iyun ayı arasında baş verib və 18 ay davam edib. Həmin vaxt ABŞ iqtisadiyyatının daralma dövrü 1930-cu ildəki böyük depressiya dövründən sonra ən uzun olub və ölkədə ümumi daxili məhsul 10% azalıb. Bu isə, son 80 ilin ən ağır göstəricisi sayılır.

Hazırda ABŞ iqtisadiyyatı, təxminən, 9 ilə yaxındır ki, ən uzun fasiləsiz iqtisadi artım dövrünü yaşayır. Rekord göstərici isə 1990-cı illərdə - fasiləsiz 10 il olmaqla qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi