ABŞ-ın iqtisadi göstəriciləri gözləntiləri doğrultmayıb, dollar zəifləyir

ABŞ-ın iqtisadi göstəriciləri gözləntiləri doğrultmayıb, dollar zəifləyir Dolların müxtəlif valyutalarla müqayisədə qarışıq mövqe göstərməsi gözlənilir
Maliyyə
2 Sentyabr , 2016 17:35
ABŞ-ın iqtisadi göstəriciləri gözləntiləri doğrultmayıb, dollar zəifləyir

Bakı. 2 sentyabr. REPORT.AZ/ ABŞ-da investorların səbrsizliklə gözlədiyi bir sıra iqtisadi göstəricilər proqnozlardan aşağı olub. Lakin, buna baxmayaraq, dolların valyuta bazarında digər valyutalarla müqayisədə mövqeyini itirməməsi müşahidə olunur.

"Report"un analitik qrupu ABŞ-da orta saatbaşı əmək haqqı miqdarının proqnozlaşdırılan 0,2% əvəzində 0,1% artdığını, kənd təsərrüfatı istisna olmaqla məşğulluq göstəricisinin gözlənilən 180 min nəfər əvəzində 151 min nəfər olduğunu və avqust ayında işsizlik göstəricisinin ehtimal edilən 4,8% əvəzində 4,9% açıqlanması fonunda FES-in sentyabrda uçot dərəcəsini artırması ehtimalının azaldığını bildirir. Nəticədə, ABŞ dolları avro ilə müqayisədə ciddi zəifləməsə də, funt sterlinq dollara qarşı 0,5% möhkəmlənib.

"Report"un analitikləri yaxın günlərdə funtun dollarla müqayisədə bir qədər də möhkəmlənərək 1,35 USD/GBP həddinə çatacağını, avro ilə müqayisədə isə dolların nisbətən sakit hərəkət edəcəyini proqnozlaşdırırlar.

Son xəbərlər

Orphus sistemi