Federal Xəzinə ABŞ-da faiz artımına siqnal verdi

Federal Xəzinə ABŞ-da faiz artımına siqnal verdi Federal Xəzinə hələ azı bir neçə ay “0” faizi dəyişməz olaraq saxlayacaq
Maliyyə
19 Mart , 2015 02:31
Federal Xəzinə ABŞ-da faiz artımına siqnal verdi

Bakı. 19 mart. REPORT.AZ/ ABŞ-ın Mərkəzi Bankı rolunu oynayan Federal Xəzinə kredit faizlərinin arta biləcəyinə siqnal verib.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, 2008-ci ildən bəri kredit faizini “0”- da saxlayan bank özünün ənənəvi bəyanatından “səbrlə” sözünü çıxarıb.

Bununla belə, ekspertlər inanırlar ki, Federal Xəzinə hələ azı bir neçə ay “0” faizi dəyişməz olaraq saxlayacaq.

Bankıın bəyanatında deyilir ki, hələ bir müddət ölkənin əmək bazarındakı vəziyyətə baxılacaq. Buna baxmayaraq bu xəbər artıq səhm qiymətlərini kəskin şəkildə yüksəldib.

Bank faizlərinin aşağı olması istər fiziki, istərsə də hüquqi şəxslərin ucuz kreditlər almasına imkan yaradır.

Son xəbərlər

Orphus sistemi