ABŞ-ın əsas fond indeksləri artıb

ABŞ-ın əsas fond indeksləri artıb COMEX-də qızılın bir unsiyasının qiyməti 0,62% ucuzlaşaraq 1 114,00 dollar olub
Maliyyə
29 Yanvar , 2016 09:24
ABŞ-ın əsas fond indeksləri artıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Yanvarın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,79% bahalaşaraq 16 069,64 bənd, S&P 500 0,55% artaraq 1 893,36 bənd, Nasdaq isə 0,86% irəliləyərək 4 506,68 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,98% ucuzlaşaraq 5 931,78 bənd, Fransa CAC-40-ı 1,33% azalaraq 4 322,16 bənd, Almaniya DAX-ı isə 2,44% geriləyərək 9 639,59 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,62% ucuzlaşaraq 1 114,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0919 (+0,34%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi