ABŞ-ın ən böyük banklarından biri xeyli cərimə ödəyəcək

ABŞ-ın ən böyük banklarından biri xeyli cərimə ödəyəcək ABŞ-ın ən böyük banklarından olan “Wells Fargo” hökumətin iddialarını tənzimləmək üçün 3 milyard ABŞ dolları məbləğində cərimə ödəməyə razılıq verib.
Maliyyə
22 Fevral , 2020 11:54
ABŞ-ın ən böyük banklarından biri xeyli cərimə ödəyəcək

ABŞ-ın ən böyük banklarından olan “Wells Fargo” hökumətin iddialarını tənzimləmək üçün 3 milyard ABŞ dolları məbləğində cərimə ödəməyə razılıq verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə maliyyə qurumunun bəyanatında deyilir.

Bəyanatda bankın ABŞ-ın Ədliyyə Nazirliyi, Qiymətli Kağızlar və Bazarlar Komissiyası ilə razılığa gəldiyi qeyd olunur. Razılığa əsasən, nazirlik “Wells Fargo”da 2002-2016-cı illərdə baş verən pozuntulara görə iddia qaldırmayacaq.

Həll ilə bağlı digər razılıq Ədliyyə Nazirliyinin mülki iddialarına aiddir. Bankın açıqlamasında həmçinin qeyd olunur ki, bank işçilərinin hərəkətlərindən zərər çəkmiş investorlara kompensasiya ödəmək məqsədi ilə fond yaratmaq üçün 500 milyon ABŞ dolları ayrılacaq.

Qeyd edək ki, “Wells Fargo” “Bank of America”, “Citigroup” və “JPMorgan Chase” bankları ilə birlikdə ABŞ-da “böyük dördlüy”ə daxildir.

Son xəbərlər

Orphus sistemi