ABŞ-ın "Dow Jones" indeksi rekord həddə çatıb

ABŞ-ın "Dow Jones" indeksi rekord həddə çatıb Amerika fond birjasının əsas indeksləri günü, əsasən minusda başa vurub
Maliyyə
5 Dekabr , 2017 01:56
ABŞ-ın Dow Jones indeksi rekord həddə çatıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Amerika fond birjasının əsas indeksləri ABŞ Senatının vergi islahatlarını təsdiq etməsi xəbərinə baxmayaraq, bazar ertəsini, əsasən minusda başa vurub, lakin "Dow Jones" indeksi rekord həddə çatıb.

“Report” xəbər verir ki, bu, hərracların nəticələrindən sonra məlum olub.

"Dow Jones" sənaye indeksi 0,24 faiz artaraq 24290,05 bəndə çatıb, "S & P 500" geniş bazar indeksi 0,11 faiz azalaraq 2639,44 bəndə düşüb, NASDAQ yüksək texnologiya şirkətinin indeksi isə 1,05 faiz itirərək 6775,37 bənd təşkil edib.

Son xəbərlər

Orphus sistemi