ABŞ-ın dövlət borcu rekord həddə çatıb

ABŞ-ın dövlət borcu rekord həddə çatıb Dövlət borcunun həcmi ilk dəfə 20 trln. dollar həddini keçib
Maliyyə
12 Sentyabr , 2017 10:08
ABŞ-ın dövlət borcu rekord həddə çatıb
Foto: Archivo

Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ-ın dövlət borcunun həcmi 20 trln. dollar həddini keçib. "Report" "RBC" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı "Washington Examiner" qəzeti yayıb.

Qəzet ABŞ Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-ın dövlət borcu hazırda 20,162 trln. dollar təşkil edir. Qeyd edək ki, sentyabrın 8-də ABŞ Prezidenti Donald Tramp dövlət borcunun müvəqqəti olaraq məhdudiyyətsiz artırılmasına dair qanun imzalayıb. Bu tarixə qədər isə ABŞ-ın dövlət borcunun maksimal icazə verilən həddi 19,84 trln. dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi