Yuxarı
    Bağlamaq

    ​ABŞ-ın dövlət borcu 19 trln. dolları keçib

    2017-ci ilə qədər borcun 20 trln. dollara çatacağı gözlənilir

    Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ hökumətinin borcu rəsmi olaraq 19 trln. dolları keçib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin press-relizində bildirilib. "Report" xəbər verir ki, bununla da ölkənin rəsmi dövlət borcu ÜDM-in 103%-nə bərabər olub.

    Maliyyə Nazirliyinin açıqlamasına əsasən, ümumi borcun 13,7 trln. dolları və ya 72%-i şirkətlərin və şəxsi borcların payına düşür. Qalan 5,3 trln. dollar və ya 28%-i isə hökumətin Federal Ehtiyat Sistemi qarşısında daxili dövlət borcudur. Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın hakimiyyəti dövründə borc demək olar ki, iki dəfə artıb. Belə ki, son 7 ildə borcun həcmi 8 trln. dollar yüksəlib.

    Xatırladaq ki, 2015-ci il noyabrın 2-də B.Obama hökumətin borclanma limitinin artırılmasına dair qərarı təsdiq edib. Bundan sonra kredit tavanının müzakirəsi ancaq 2017-ci ildə baş tuta bilər. Ekspertlər növbəti görüşə qədər ABŞ-ın dövlət borcunun 20 trln. dollara qədər arta biləcəyini proqnozlaşdırırlar.

    Qeyd edək ki, keçən ilin iyul ayında respublikaçı senator Ron Pol ABŞ-ın dövlət borcunun azaldılması problemini həll etməyə çağırıb. O bunun üçün hərbi xərclərin, sosial müdafiə xərclərinin azaldılmasını, həmçinin korporativ güzəştlərin ləğv edilməsini təklif kimi irəli sürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi