ABŞ-ın büdcə kəsiri 100,5 milyard dollara çatıb

ABŞ-ın büdcə kəsiri 100,5 milyard dollara çatıb Bakı. 14 noyabr. REPORT.AZ/ ABŞ-ın dövlət büdcəsinin kəsiri 2018-ci ilin oktyabr ayında 2017-ci ilin eyni ayına nisbətən 60% artıb.
Maliyyə
14 Noyabr , 2018 11:54
ABŞ-ın büdcə kəsiri 100,5 milyard dollara çatıb

Bakı. 14 noyabr. REPORT.AZ/ ABŞ-ın dövlət büdcəsinin kəsiri 2018-ci ilin oktyabr ayında 2017-ci ilin eyni ayına nisbətən 60% artıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında göstərilir.

Ötən ay mənfi saldo 100,5 milyard dollara çatıb. Hərçənd 2017-ci ildə bu göstərici 63,2 milyard dollar olub.

Büdcə gəlirləri 252,7 milyard dollaraa qədər artıb. Fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə 129 milyard dollar, korporativ vergi üzrə isə 8 milyard dollar daxil olub.

ABŞ büdcəsinin xərclər hissəsi 353,2 milyard dollara çatıb. O cümlədən sosial təminat üçün 84 milyard dollar, müdafiə üçün 69 milyard dollar, "Medicare" tibbi sığorta proqramına 53 milyard dollar xərclənib.

Bu il sentyabrın 30-da bitən son maliyyə ilində ABŞ-ın büdcə kəsiri ÜDM-in 3,9%-ni təşkil edib. Bu isə 2012-ci ildən bəri maksimum göstəricidir.

Son xəbərlər

Orphus sistemi