​ABŞ-ı maliyyələşdirmədə Yaponiya Çini keçib

​ABŞ-ı maliyyələşdirmədə Yaponiya Çini keçib Yaponiya hökuməti 1 224,4 mlrd. dollar həcmində ABŞ dövlət istiqrazlarını alıb
Maliyyə
18 Aprel , 2015 15:24
​ABŞ-ı maliyyələşdirmədə Yaponiya Çini keçib

Bakı. 18 aprel. REPORT.AZ/ Yaponiya, ABŞ istiqrazlarına yatırdığı investisiyanın həcminə görə Çini ötüb. 

"Report"un ABŞ-ın Xəzinədarlığına istinadən verdiyi xəbərə görə, bu ilin fevral ayının sonuna Yaponiya hökuməti 1 224,4 mlrd. dollar həcmində ABŞ dövlət istiqrazlarına sahibdir. Çinin investisiya portfelində isə 1 223,7 mlrd. dollarlıq istiqraz mövcuddur.

Yaponiyanın istiqraz portfeli son bir ayda 14,2 mlrd. dollar, Çinin istiqraz portfeli isə 15,4 mlrd. dollar azalıb. Son bir ildə isə Yaponiyanın bu istiqrazlara sərmayələri 13,6 mlrd. dollar, Çinin sərmayələri isə 49,2 mlrd. dollar azalıb.

ABŞ dövlət istiqrazları dünyada ən populyar investisiya vasitəsidir. Buna səbəb ABŞ maliyyə bazarının daha likvid və güvənli olmasındadır. 

Qeyd edək ki, Çinlə ABŞ arasında ticarət balansı 2014-cü ildə Çinin lehinə 343 mlrd. dollar, Yaponiyanın ABŞ-la ticarət balansı isə Yaponiyanın lehinə 67 mlrd. dollar olub.

Son xəbərlər

Orphus sistemi