Yuxarı
    Bağlamaq

    ABŞ fondu yeni maliyyə böhranının mümkün səbəblərini açıqlayıb

    Aşağı volatillik levereci artırır

    Bakı. 20 iyul. REPORT.AZ/ Maliyyə bazarlarında yüksək borclanmanın aşağı volatilliklə müşayiət olunması yeni maliyyə böhranına səbəb ola bilər. 

    "Report" RBC saytına istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ-ın 30 mlrd. ABŞ dolları aktivləri idarə edən "Baupost Group" hedc fondu tərəfindən yayılıb. Fond araşdırmasında bildirib ki, volatilliyin artması maliyyə bazarlarında fəaliyyət göstərən fondların milyardlarla dollar aktivlərini satışa çıxarmalarına səbəb olacaq.

    "Business İnsider" jurnalındakı digər araşdırmada qeyd edilib ki, aşağı volatillik zamanı investorlar levereclərini, yəni borc/kapital əmsalını yüksəldirlər. Bu isə gələcəkdə problemlərə gətirib çıxara bilər. 

    "Baupost"un prezidenti Cim Muni (Jim Mooney) volatillik aşağı olduqda investorların daha çox riskə getdiklərini bildirib. Prezidentin sözlərinə görə, volatilliyin artması durumunda maliyyə bazarlarında 100 milyardlarca dollarlıq aktivlərin satışları başlaya bilər. Bu satışlar zəncirvari şəkildə digər satışları təhrik edə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi