​ABŞ fond indekslərinin artması davam edir

​ABŞ fond indekslərinin artması davam edir Çin Xalq Bankının depozit və kreditlər üzrə faiz dərəcələrini azaltması ABŞ fond bazarına yüksəldici təsir edir
Maliyyə
25 Noyabr , 2014 05:18
​ABŞ fond indekslərinin artması davam edir

Bakı. 25 noyabr. REPORT.AZ/ Noyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,04% - 17 818 bəndədək, S&P 500 0,3% - 2 069 bəndədək, Nasdaq 0,9% - 4 755 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, indekslərin yüksəlməsinə əsasən xarici amillər təsir edib. İlk növbədə bu amillərə Çin Xalq Bankının depozitlər üzrə baza faiz dərəcəsini 0,25 faiz bəndi, kreditlər üzrə faiz dərəcəsini 0,4 faiz bəndi azaltmasını aid etmək olar. Bu fakt artıq ikinci gündür ABŞ fond bazarına yüksəldici təsir edir. Bundan əlavə, Avrozonanın bəzi makroiqtisadi indikatorları da müsbət olub ki, bu da bazar iştirakçıları tərəfindən nikbin perspektivlərin əlamətləri kimi qiymətləndirilib.

Avropa fond bazarlarında noyabrın 24-də FTSE 100 indeksi 0,3% - 6 730 bəndədək enib, Almaniya DAX-ı 0,5% - 9 786 bəndədək, Fransa CAC-40-ı 0,5% - 4 368 bəndədək yüksəlib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 196,50 dollar, dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,2423 dollar (-0,2%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi