​ABŞ fond indeksləri əsasən enib

​ABŞ fond indeksləri əsasən enib Dünya bazarında qızılın qiyməti 1 162,8 dollar/unsiyaya enib
Maliyyə
5 Noyabr , 2014 06:06
Bakı. 5 noyabr. REPORT.AZ/ Noyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 17 384 bəndədək yüksəlib, S&P 500 0,3% - 2 012 bəndədək, Nasdaq 0,3% - 4 624 bəndədək enib. “Report”un xəbər verdiyi kimi, indekslərin dinamikasına daxili və xarici makroiqtisadi xəbərlər təsir edib. Belə ki, sentyabr ayında ölkənin xarici ticarət balansının kəsiri aylıq müqayisədə 7,6% artaraq 43 mlrd. dollara çatıb, istehsal sifarişlərinin həcmi isə 0,6% azalıb. Bundan əlavə məlum olub ki, Avropa Komissiyası Avrozonada ÜDM-in bu il artım proqnozunu 0,4 faiz bəndi azaldaraq 0,8%-ə endirib.

Avropa fond bazarlarında noyabrın 4-də FTSE 100 indeksi 0,5% - 6 454 bəndədək, Almaniya DAX-ı 0,9% - 9 167 bəndədək, Fransa CAC-40-ı isə 1,5% - 4 130 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 162,80 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2554 dollar (+0,1%) təşkil edir.

Son xəbərlər

Orphus sistemi