Yuxarı

​ABŞ fond indeksləri maksimal həddə çatıb

Qızılın ucuzlaşması isə davam edir

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% - 17 615 bəndədək, S&P 500 0,1% - 2 040 bəndədək, Nasdaq 0,2% - 4 661 bəndədək yüksəlib. “Report”un xəbər verdiyi kimi, Dow Jones və S&P 500 indeksləri ardıcıl beşinci gündür rekord səviyyələrini yeniləyir. Qeyd edək ki, ABŞ-da korporativ hesabatların açıqlanması dövrü başlayıb və investorlar bir sıra iri şirkətlərin müsbət hesabatlarını gözləyirlər və bu, indekslərin noyabrın 11-də yüksəlməsinin əsas səbəbi olub.

Avropa fond bazarlarında noyabrın 11-də FTSE 100 indeksi 0,2% - 6 627 bəndədək, Almaniya DAX-ı 0,2% - 9 369 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 4 244 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,03% azalaraq 1 162,70 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2469 dollar (-0,1%) təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi