​ABŞ fond indeksləri artıb, Avropada - azalıb

​ABŞ fond indeksləri artıb, Avropada - azalıb Dünya bazarında qızıl bahalaşıb, avro isə ucuzlaşıb
Maliyyə
24 Sentyabr , 2015 09:48
​ABŞ fond indeksləri artıb, Avropada - azalıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,31% ucuzlaşaraq 16 279,89 bənd, S&P 500 0,2% azalaraq 1 938,76 bənd, Nasdaq isə 0,08% azalaraq 4 752,7 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,62% bahalaşaraq 6 032,24 bənd, Fransa CAC-40-ı 0,1% yüksələrək 4 432,83 bənd, Almaniya DAX-ı isə 0,44% artaraq 9 612,62 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,26% bahalaşaraq 1 131,60 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1186 (-0,6 %) təşkil edib.

Son xəbərlər

Orphus sistemi