Yuxarı
    Bağlamaq

    ​ABŞ fond birjalarında son 119 ilin rekord azalması qeydə alınıb

    Report: Dünya fond birjalarında azalma fevralın ortasına qədər davam edəcək

    Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ-ın Dow-Jones indeksinin 2016-cı ilin əvvəlindən etibarən son 119 ilin rekord həddə enməsi dünya bazarlarında investorlar arasında təşvişə səbəb olub. "Report" xəbər verir ki, indeks 911 bənd və ya 5%-dən artıq dəyərdən düşüb və bu, 1897-ci ildən indiyədək ən pis göstəricidir. 

    "Fact Set" statistika şirkətinin hesablamasına görə, son 4 gün ərzində indekslərdəki azalma hesablama tarixinin ən böyük enməsi olub. ABŞ-ın Nasdaq - texnologiya indeksi 6% azalaraq son 16 ilin ən ciddi azalması ilə qarşılaşıb.

    ABŞ fond birjalarındakı bu sərt azalma Çin fond birjasının kəskin düşməsi və Çin Xalq Bankının milli valyuta - yuanı devalvasiya etməsi fonunda baş verib. Maliyyə bazarlarında yaranan təşvişə neftin qiymətinin düşməsinin də mənfi təsiri böyükdür.

    "Report"un analitik qrupu hesab edir ki, dünya fond birjalarında azalma fevral ayının ortasına qədər davam edəcək. Ümumiyyətlə, 2016-cı il dünya fond birjaları üçün qlobal  tələbin azalması və iqtisadi artımın zəifləməsi səbəbindən müsbət il olmayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi