ABŞ faizləri artırandan sonra monetar sərtləşməyə başlayacaq

ABŞ faizləri artırandan sonra monetar sərtləşməyə başlayacaq Dollar qıtlığı neft və qızıl kimi əmtəələrin də ucuzlaşmasına gətirib çıxaracaq
Maliyyə
13 May , 2017 17:01
ABŞ faizləri artırandan sonra monetar sərtləşməyə başlayacaq

Bakı. 13 may. REPORT.AZ/ "İqtisadiyyatda hər şey yolunda gedir. Bu il iki dəfə faizlər artırıla bilər. Yalnız bundan sonra Federal Ehtiyat Sistemi (FED) monetar sərtləşdirməyə gedərək balansını kiçildə bilər". 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə FED-in Filadelfiya ştatı üzrə rəhbəri Patrik Harper (Patrick Harper) Dreksel Universitetində çıxış edib.

Harper inflyasiyanın ilin sonuna qədər 2% hədəfinə doğru irəlilədiyini, işsizliyin isə 2018-ci ilin sonunadək 4,2%-ə düşəcəyini proqnozlaşdırdığını açıqlayıb. Filadelfiya FED-in rəhbəri əmək bazarının dayanıqlı olaraq yavaş templə inkişaf etdiyini bildirib.

"Report"un analitik qrupu bildirir ki, FED-in 2008-ci il böhranı zamanı monetar ekspansiyaya başlayaraq maliyyə bazarlarına likvidlik verməsi prosesi sona çatıb. Bu yolla FED maliyyə bazarlarından özəl və dövlət istiqrazlarını alaraq nağd vəsait verib və maliyyə böhranından çıxmağa yardım edib. İndi isə iqtisadi artım və inflyasiya sürətlənməyə başlayıb və FED əks istiqamətdə addım ataraq iqtisadiyyatı bir qədər soyutmağa çalışır. Bu səbəbdən hələlik faizləri artırır, daha sonra isə istiqrazları geri sataraq maliyyə bazarlarından əlavə likvidliyi geri çəkəcək. Bu da dünyada dollar qıtlığı yaradaraq dolların məzənnəsinin kəskin artmasına, dünyada borc faizlərinin yüksəlməsinə gətirib çıxaracaq. Nəticədə ən çox zərərlə inkişaf etməkdə olan ölkələr üzləşəcək. Dollar qıtlığı neft və qızıl kimi əmtəələrin də ucuzlaşmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi